Bu gün Böyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə dünya çempionatı start götürəcək.
ONA-nın məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 1 idmançısı dayanq üzərinə çıxacaq.
58 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov startda isveçli Mohamed Abdullahi ilə üz-üzə gələcək. Döyüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Qeyd edək ki, yığmamız 5 gün keçirilək mundialda 10 taekvondoçu ilə təmsil olunur.