• İDMAN

    22:17 1 aprel 2019

Maqnus Karlsen: "Vişvanatan Anandı tənqid edə bilmərəm"

Azərbaycanın tanınmış qrossmeysteri, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirinin ikinci turunda hindistanlı Vişvanatan Ananda qalib gələn dünya çempionu Maqnus Karlsen (Norveç) rəqibinin mətbuat konfransını əsəbi halda yarımçıq tərk etməsinə münasibət bildirib.

ONA-nın məlumatına görə, şahmatçı belə halları normal qarşıladığını bildirib.

Onun sözlərinə görə, Anand uduzduğuna görə məyus olub: "Onu tənqid edə bilmərəm. Öncədən dedi ki, getmək istəyir və birinci sualı ona verəsiniz. Hər zaman Anandla oynamaq mənə maraqlı olub. Onunla oyuna ciddi hazırlaşıram. İndi qalib gəldiyimə görə sevinirəm. Düşünürəm ki, Anandın məğlub olmasının səbəbi oyuna köklənə bilməməsi oldu. Fikrimcə, Anand dünyanın ən güclü şahmatçılarından biridir. Ona qarşı açıq mübarizə aparmaq çətindir. Aramızda prinsipiallıq yoxdur. Sadəcə, bu qələbəyə sevinməyim normaldır. Axı, rəqib adi şahmatçı deyil”.

Dünya çempionu hər zaman qatıldığı turnirlərdə qəlib gəlmədiyini, ancaq Şəmkirdə birincilik üçün yaxşı atmosferin olduğunu bildirib: "Bütün yarışlarda qalib gəlmək mümkün deyil. Üç dəfə Şəmkir turnirində iştirak etmişəm və qalib gəlmişəm. Şəmkirdə ancaq şahmat barədə düşünmək üçün əla şərait var. Təşkilatçılıq yüksək səviyyədədir, ona görə bu ildə də Şəmkiri çempion kimi tərk etmək istərdim".

Tahir

Teqlər:

SON XƏBƏRLƏR