Argentina milli komandasının sabiq futbolçusu Dieqo Maradona baş məşqçisi olduğu Meksika klubundan ayrılıb.
APA-nın məlumatına görə, dünya futbolunun əfsanəsi “Dorados”u sağlamlığındakı problemlər üzündən tərk edib.
Belə ki, həkimlər 58 yaşlı mütəxəssisə bütün diqqətini sağlamlığına yönəltməyi tapşırıblar. Çünki qarşıda D.Maradonanı çiyini və dizindən əməliyyatlar gözləyir.
Qeyd edək ki, argentinalı Meksikanın ikinci divizion klubunun baş məşqçi postuna 2018/19 mövsümündə keçmişdi. Onun yetirmələri həm Apertura, həm də Klausurada finala yüksəlsə də, hər iki halda “Atletiko San Luis”ə uduzub.