Bu gün qadın güləşçilər arasında Avropa çempionatı start götürəcək.
ONA-nın məlumatına görə, zədə səbəbindən Rumıniyanın Buxarest şəhərində təşkil olunan yarışı buraxmalı olan Azərbaycan millisinin üzvü Mariya Stadnik komanda yoldaşlarına dəstək nümayiş etdirib.
Yeddiqat Avropa çempionu sosial şəbəkədəki paylaşımı ilə yığma üzvlərinə uğurlar arzulayıb: “Qızlar, mən sizin hər birinizə uğurlar arzulayıram. Mənim ürəyim həmişə komanda ilədir”.
Qeyd edək ki, M.Stadnik Avropa çempionatlarında qazanılan qızıl medalların sayına görə Azərbaycan rekordçusudur.