• İDMAN

    10:20 2 aprel 2019

Marko Deviç: “Azərbaycan çempionatı o səviyyədə deyil ki, yığmada oynayım”

“İndi Ukrayna millisinə kömək edə bilərəmmi? Heç “Rubin”də oynadığım vaxt çağırmırdılar. Düşünürəm ki, kömək edə bilərəm”.

ONA-nın məlumatına görə, bunu “Sabah” klubunun futbolçusu Marko Deviç deyib.

37 yaşlı serbiyalı hücumçu milliləşdirilərək şərəfini qoruduğu Ukrayna millisinə qayıdışı perspektivinə aydınlıq gətirib. Veteran hücumçu Ukraynada verdiyi müsahibədə yenidən yığmaya düşmək şanslarını minimuma bərabər sayıb: “Başa düşüləndir ki, Azərbaycan çempionatı o səviyyədə deyil ki, yığmada oynayım. Baş məşqçi Andrey Şevçenko futbolçularını görmək istədiyi səviyyə deyil”.

Deviç bildirib ki, millidən dəvət alsa, meydanda çox az vaxt keçirmək iqtidarındadır: “Bilmirəm, necə kömək edə bilərəm. Bəlkə də 15-20 dəqiqə meydana çıxa bilərəm. Mən həmişə yanınızdayam, kömək lazım olsa, yığmaya çağırmaq lazımdır”.

Hücumçu millidən dəvətin gəlməsini inandırıcı saymır: “Lakin “Vaduts”a keçəndən sonra aydın idi ki, məni bir də çətin nə vaxtsa milliyə dəvət etsinlər. Hazırda Şevçenkonun yığması çox yaxşı təsir bağışlayır. Futbolçular ölkə xaricində oynayır, bu da sevindirir. Bir az bəxtləri gətirsə, hər şey daha yaxşı olacaq. Düşünürəm ki, milli getdikcə daha güclü olur”.

M.Deviç AVRO-2020-nin seçmə mərhələsi barədə fikirlərini də bölüşüb: “Seçmə mərhələdə eyni qrupda mübarizə aparan Serbiya və Ukrayna yığmalarının ikisinin də AVRO-2020-yə çıxmasını istəyirəm”.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR