• İDMAN

    15:31 16 may 2019

Marko Rossi: “Bu, Azərbaycanla oyun üçün böyük əhəmiyyət kəsb edir”

“Güvənə biləcəyimiz futbolçuları daim izləyirik”.

ONA-nın məlumatına görə, bunu futbol üzrə Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.

AVRO-2020-nin seçmə mərhələsinin iyunun 8-də Azərbaycan, 11-də Uelsə qarşı keçiriləcək oyunları üçün heyəti açıqlayan mütəxəssis hazırlıq planı barədə danışıb: “Pavkoviçlə Ferents indiyədək millidə oynamayıb. Bodi də ilk dəfə yığmaya çağırılır. Onlar ölkə çempionatında özlərini yaxşı tərəfdən göstəriblər. MLS-də oynayan futbolçularımızın toplanışa tez qoşulması üçün onların klublarından xahiş də etmişik. Bilirik ki, bu böyük xahişdir. Amma inanıram ki, onlar da bizim istəyimizi nəzərə alaraq ən optimal variant seçəcəklər. Hazırlığa tez başlamağımız və məşq prosesi üçün əlavə günlərin olması Azərbaycan və Uelslə oyunlar üçün böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, Macarıstan millisi hazırlıq prosesinə mayın 27-də, ölkə kubokunun final matçından sonra başlayacaq. Bu müddətdə məşqlərlə kifayətlənəcək rəqibimiz iyunun 2-də təlim-məşq toplanışına yığışacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR