• İDMAN

    09:52 17 aprel 2019

Massimiliano Alleqri: “Yuventus”da qalacağam”

“İlk yarıda yaxşı oynadıq. Amma futbol gözlənilməzliklərlə zəngindir”.

ONA-nın məlumatına görə, bunu İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Massimiliano Alleqri deyib.

52 yaşlı təcrübəli mütəxəssis Çempionlar Liqasının 1/4 final mərhələsinin Hollandiya “Ayaks”ı ilə cavab oyunu barədə fikirlərini açıqlayıb. M.Alleqri 1:2 hesablı məğlubiyyətdən sonra mübarizəni dayandırmaqlarını təsadüfi qolla bağlayıb: “Buraxılan təsadüfi qoldan sonra bizdə qorxu hissi yarandı. İkinci hissə fərqli olmalı idi. “Ayaks” yarımfinala vəsiqəni tamamilə layiqdir”.

Ardıcıl 8-ci dəfə İtaliya çempionu adını qazanmağa yaxın olan, Çempionlar Liqasında uğura həsrət qalan “Yuventus”un baş məşqçisi böyük ümidlərlə transfer olunan Kriştianu Ronaldodan razı qaldığını, həmçinin komandadakı gələcəyi barədə də danışıb: “Ronaldo komandaya kömək etməyə çalışırdı. O, bizə çox şey verib. Lakin komanda 1/4 finaldadırsa, hər oyunçu vacibdir. Bizə 4 və ya 5 futbolçu çatışmırdı. Buna görə də biz birliyimizi itirdik və “Ayaks”a üstünlük qazandırdıq. Klubdakı gələcəyim barədə prezidentə dedim ki, “Yuventus”da qalacağam. Sonradan biz klub rəhbərliyi ilə danışıqlar masası arxasına keçəcəyik və “Yuventus”un gələcəyi haqda fikirləşəcəyik”.

Qeyd edək ki, M.Alleqri 2014-cü ildən “Yuventus”a rəhbərlik edir.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR