İtaliyanın “Yuventus” klubu yeni baş məşqçi axtarışların start verib.
ONA-nın məlumatına görə, Massimiliano Alleqri ilə yollarını mövsümün sonunda ayıracaq Turin təmsilçisi Maurisio Sarri ilə danışıqlara başlayıb.
Tərəflər arasında razılıq əldə olunsa, 2018-ci ilin yayında “Napoli”dən İngiltərə “Çelsi”sinə keçən mütəxəssis yenidən İtaliyaya qayıdacaq. Bu səbəbdən də Avropa Liqasının Bakıda keçiriləcək matçı M.Sarri üçün “Çelsi”də sonuncu görüş ola bilər.