“Çelsi” Çempionlar Liqasına vəsiqə qazanıb. “Arsenal” isə bu hüquqa yiyələnmək üçün mütləq Avropa Liqasında qalib gəlməlidir”.
ONA-nın məlumatına görə, bunu İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Maurisio Sarri deyib.
İtaliyalı mütəxəssis Avropa Liqasının Bakıda keçiriləcək final oyunu öncəsi Londonda keçirdiyi mətbuat konfransında “Arsenal”la matç barədə danışıb: “Bu baxımdan bizim motivasiyamız rəqiblər müqayisədə az ola bilər. Amma digər tərəfdən onların üzərindəki təzyiq daha çoxdur. Bir sözlə, hər iki komanda üçün həm müsbət, həm mənfi məqamlar var. Premyer Liqadan Çempionlar Liqasına vəsiqə qazanmaq, ardınca mükafat əldə etmək istəyirdik. Bakıda keçiriləcək final bizim üçün çox vacibdir. Hesab edirəm ki, mükafat qazanmağa layiqik”.
Qeyd edək ki, “Çelsi” və “Arsenal” arasında Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.