Qana millisinin sabiq futbolçusu Maykl Essyen Bakıya gəlib. ONA-nın məlumatına görə, “Çelsi”dəki çıxışı ilə tanınan yarımmüdafiəçi səfər zamanı “Səbail” ilə danışıqlar aparacaq.
Danışıqların yekun mərhələsi müsbət nəticələnsə, 37 yaşlı futbolçu ilə müqavilə imzalanacaq. Essyen bu gün Topaz Premyer Liqasında keçiriləcək “Səbail” – “Qarabağ” görüşünü də izləyəcək.
Qeyd edək ki, “Bayıl Arena”da keçiriləcək qarşılaşma saat 16:45-də başlayacaq.