• İDMAN

    19:28 7 aprel 2019

Mədət Quliyev: “Gənclər sağlamlıqlarına diqqət yetirsinlər”

Bu gün Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında veloparkda veloyürüş keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, veloyürüş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Dövlət Təhlükəsizliyi Xidmətinin Velosiped İdman Klubunun, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunub.

Veloyürüşün məqsədi insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.

Veloyürüşdə iştirak edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev deyib ki, bu addımla ümumdünya sağlamlıq prosesinə qoşulurlar: “Gənclərimizi xoşagəlməz vərdişlərdən, həmçinin siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq. Vətəndaşlarımız, xüsusilə gənclər idmanla məşğul olsunlar və öz sağlamlıqlarına diqqət yetirsinlər".

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR