• İDMAN

    23:30 1 iyun 2019

Məhəmməd Salah Çempionlar Liqası tarixində finalların ikinci ən erkən qolunu vurub

Çempionlar Liqasının “Tottenhem”lə “Liverpul” arasında final oyununda erkən qol qeydə alınıb.

ONA-nın məlumatına görə, Məhəmməd Salah 2-ci dəqiqədə penalti zərbəsi ilə hesabı açıb.

Misirli futbolçu yarışın finallarında ikinci ən erkən qola imza atıb. M.Salah yalnız əfsanəvi Paolo Maldinidən geri qalıb. İtaliyalı 2005-ci ildə “Milan”ın heyətində məhz “Liverpul”un qapısına erkən yol tapıb. O, 51-ci saniyədə fərqlənib.

Düzdür, 108-ci saniyədə hesabı açan M.Salah daha bir oyunçudan geri qalıb. Lakin 1959-cu ildə “Real”ın heyətində 60-cı saniyədə qol vuran Mateos Enrike fərqləndiyi vaxt turnir Çempionlar Liqası deyil, Çempionlar kuboku adlanırdı.

İngiltərənin “Liverpul” klubunun futbolçusu Trent Aleksander-Arnold isə Çempionlar Liqasının tarixinə düşüb. Müdafiəçi 21 yaşı tamam olmadan ardıcıl iki dəfə qitənin ən nüfuzlu klub turnirində meydana çıxan ilk oyunçudur.

Ötən il “Real”la qarşılaşmada da (1:3) start heyətində yer alan T.Aleksander-Arnold bu gün “Tottenhem”ə qarşı Madriddəki görüşə də ilk dəqiqələrdən başlayıb. 20 yaş 237 günlüyündə olan futbolçuya qədər heç bir gənc bunu bacarmayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR