“Biz hamımız çox razıyıq. Ardıcıl ikinci dəfə finalda oynamağıma, bu dəfə 90 dəqiqə meydanda olduğuma görə sevinirəm”.
ONA-nın məlumatına görə, bunu İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah deyib.
Çempionlar Liqasının “Tottenhem”lə Madriddəki finalında (2:0) hesabı açan misirli qarşılaşma barədə fikirlərini açıqlayıb: “Biz bu gün mümkün olan hər şeyi etdik. Heç kim fərdi oynamağa cəhd etmədi, bütün komanda inanılmaz dərəcədə yaxşı oynadı. Növbəti mövsümdə VAR görəcəyik. Lakin bu sistem indi də mənim xoşuma gəlir. Karyeram üçün çox şeyi qurban vermişəm. Əvvəl kənddən Qahirəyə köçmüşəm, sonra belə yüksək səviyyədə çıxış edən ilk misirli olmuşam. Bu, mənim üçün möhtəşəmdir”.