• İDMAN

    07:49 12 mart 2019

Məşhur idmançı Konor Makqreqor həbs edilib

Məşhur irlandiyalı idmançı Konor Makqreqor bazar ertəsi ABŞ-ın Florida ştatında polis tərəfindən saxlanılıb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Miami Herald” qəzeti məlumat yayıb.

Bildirilir ki, idmançı bir fanatının mobil telefonunu sındırıb və özü ilə götürüb. Buna görə ona qarşı soyğunçuluq və özgənin əmlakına ziyan vurma maddələri ilə ittiham irəli sürülüb.

Nəşrin məlumatına görə, Makqreqor Mayami-Biçdə oteldən çıxıb gecə klubuna gedən zaman qarşılaşdığı fanatı onunla şəkil çəkdirmək istəyib. Bundan qəzəblənən idmançı telefonu həmin şəxsin əlindən alaraq sındırıb, daha sonra isə özü ilə aparıb.

Polisin bildirdiyinə görə, zərərçəkmişə 1000 dollar ziyan dəyib. K.Makqreqor hadisə yerində saxlanılmayıb. Polis onu evində həbs edib. Hazırda Mayami-Deyd həbsxanasında olduğu deyilir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR