• İDMAN

    11:25 24 fevral 2019

Messi 50-ci dəfə het-trik etsə də, Ronaldoya çatmayıb

“Barselona”nın ulduz futbolçusu Lionel Messi karyerasında 50-ci het-trikə imza atıb. ONA-nın məlumatına görə, bu, İspaniya çempionatının XXV turunun “Sevilya” ilə görüşünə təsadüf edib.

Komandasının 4:2 hesablı qələbəsində 3 qolla pay sahibi olan argentinalı hücumçu yığma və klub karyerasında 50-ci dəfə het-triklə yadda qalıb. Belə ki, Kataloniya klubunun heyətində 44-cü dəfə belə məhsuldarlıq nümayiş etdirən cənubi amerikalı yığmada 6 dəfə fərqlənib. Onun “Barselona” formasında imza atdığı het-triklərdən 32-si La Liqa oyunlarına təsadüf edib.

Qeyd edək ki, Messi bu göstərici ilə İtaliya “Yuventus”unun portuqaliyalı ulduzu Kriştianu Ronaldodan geri qalır. 51 dəfə fərqlənən Ronaldo 35 dəfə daxili çempionatda het-trik edib.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR