Çempionlar Liqasında həftənin futbolçusu müəyyənləşib.
ONA-nın məlumatına görə, “Barselona” klubunun futbolçusu Lionel Messi 1/4 final mərhələsinin cavab oyunlarının ən yaxşısı seçilib.
Argentinalı ulduz “Mançseter Yunayted” üzərində 3:0 hesablı ev qələbəsində dubl edib. L.Messi UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib adına yiyələnib.