• İDMAN

    05:15 18 mart 2019

Messi qələbələrinin sayına görə "Barselona"da yeni rekorda imza atıb

İspaniyanın “Barselona” klubunun hücunçusu Lionel Messi klubdakı qələbələrinin sayına görə komandanın keçmiş yarımmüdafiəçisi Xavininin rekordunu təzələyib.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Barselona”nın mətbuat xidməti məlumat yayıb.

İspaniya çempionatının 28-ci turu çərçivəsində bazar günü “Betis”ə qarşı keçirilən matçda “Barselona” meydandan 4:1 hesablı qələbə ilə ayrılıb. Həmin qollardan üçünə isə 31 yaşlı argentinalı imza atıb.

Hazırda Messinin hesabında 477 qələbə, Xavinin hesabında isə 476 qələbə var. Üçüncü yeri isə klubun keçmiş yarımmüdafiəçisi Andres İnyesta 459 qələbə ilə tutur.

Bundan başqa Messi “Barselona”nın xeyirinə vurduğu qolların sayına görə də (674) İnyestanı (459) keçib. Birinci yerdə isə hələlik Xavi (767) dayanır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR