• İDMAN

    16:32 10 aprel 2019

“Milan”ın işi Arbitraj Palatasına göndərilib

UEFA-nın maliyyə feyr-pleyi üzrə istintaq palatası İtaliyanın “Milan” klubu ilə bağlı araşdırmanı yekunlaşdırıb.

ONA-nın məlumatına görə, məsələylə bağlı qərar vermək üçün iş Arbitraj Palatasına göndərilib.

Bu da onunla bağlıdır ki, klub nəzarət dövründə ziyansız işləmək tələbinə əməl etməyib. Söhbət 2018/19 mövsümünün arxada qalan hissəsi və 2016-18-ci illərlə bağlı yoxlamadan gedir.

Amma “Milan”ın məsələsinin arbitraj palatasında baxılması 2018-ci ilin dekabrındakı qərarla bağlı deyil. Çünki həmin qərar 2015-17-ci illərin yoxlanılması ilə bağlı verilib. Hazırda İtaliya təmsilçisinin şikayətinə İdman Arbitraj Məhkəmədə (CAS) baxılır.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR