• İDMAN

    15:59 24 mart 2019

Milli üzvləri Müharibə və Əmək Əlilləri üçün Pansionatı ziyarət ediblər

Bu gün AFFA-nın əməkdaşları Novruz bayramı münasibəti ilə Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatı ziyarət ediblər. ONA-nın məlumatına görə, görüşdə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç, millinin üzvləri Maksim Medvedev, Qara Qarayev, Emin Mahmudov, Ramil Şeydayev, Səlahət Ağayev, Bədavi Hüseynov və Mahir Mədətov da iştirak ediblər.

Onlar pansionat sakinlərinə hədiyyələrini təqdim ediblər.

Pansionat sakinləri göstərilən diqqətə görə AFFA-ya və milli komandanın üzvlərinə minnətdarlıq edib, millimizə uğurlar arzulayıblar.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR