• İDMAN

    20:15 26 may 2019

Millimiz Qızıl Avropa Liqasında Belarusa tay-brekdə uduzub

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasının ilk turu çərçivəsində Belarusla qarşılaşıb.

ONA-nın məlumatına görə, Minskdə baş tutan qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Yığmamız yeni italiyalı baş məşqçi Covanni Kapraranın rəhbərliyi altında ilk rəsmi görüşündə 2:3 hesabı ilə uduzub. Komandamız 2 dəfə hesabda geri düşdükdən sonra status-kvonu bərpa etsə də, tay-brekdə rəqib daha səhvsiz oynayıb. Belaruslular təcrübə hesabına ilk turu qalib kimi bitiriblər. Nəticədə ev sahibləri 2, millimiz 1 xal qazanıb.

Voleybolçularımız növbəti matçını mayın 29-da Bakıda İspaniyaya qarşı keçirəcək.

Qızıl Avropa Liqası
C qrupu
I tur
Belarus - Azərbaycan - 3:2 (25:13, 21:25, 25:10, 26:28, 19:17)

Hakimlər: Olqa Zaxarova (Rusiya), Aleksandr Sudjiyev (Belarus)
Minsk. “Çijovka Arena”

Qeyd edək ki, qrupumuzun digər matçında İspaniya Finlandiyaya 3:1 hesabı ilə qalib gəlib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR