Futzal üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirib.
ONA-nın məlumatına görə, yığmamız Zrenyanin şəhərindəki “Kristal Zal”da Serbiya yığması ilə qarşılaşıb.
Komandamız matçı bu heyətlə keçirib: Rövşən Hüseynli (q), Teles Thaqo, Fineo de Araujo, Kardosa Everton, Sezar Conatan, Emin Kürdov (q), Samir Həmzəyev, Ramiz Çovdarov, Rizvan Fərzəliyev, Oktay Rüstəmli, Nihad İsmayılov, Xətai Bağırov, Vitali Borisov (k), İsa Atayev.
Millimiz oyunda 2:1 hesabı ilə qalib gəlib. Birinci hissədə Fineo, fasilədən sonra Conatan fərqlənib. Meydan sahibləri bu qollardan yalnız birinin əvəzini çıxa bilib.
Qeyd edək ki, komandalar arasında növbəti oyun aprelin 16-də, Bakı vaxtı ilə saat 20:00-da Pozarevaç şəhərindəki idman mərkəzində keçiriləcək.