• İDMAN

    20:41 20 mart 2019

Millimizin baş məşqçisi: "Rusiya ilə onun meydanında heç-heçəni qələbəyə bərabər hesab etmək olar"

“Bu gün ölkəmizdə Novruz bayramı qeyd edilir. Bayram münasibəti ilə xalqımızı təbrik edirik". ONA-nın məlumatına görə, bunu Azərbaycan millisinin (U-19) baş məşqçisi Vüqar Məmməd deyib.

19 yaşadək futbolçulardan ibarət yığmamız bu gün Avropa çempionatının elit-raund mərhələsində ilk oyununu keçirib. Komandamız "Krasnodar" FK-nın Akademiyasının 5-ci meydanında Rusiya yığması ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.

Görüşü şərh edən çalışdırıcı bildirib ki, yetirmələri ikinci hissədə daha yaxşı oynayıb: "Güclü Rusiya yığmasına qarşı oynadıq. Rəqibimiz turnirin ən yaxşı komandalarındandır. Bizim üçün çətinlik yaradan amillərdən biri də heyətimizdə zədəli futbolçuların olmasıdır. Bu oyunu unudub, İrlandiya ilə oyuna hazırlaşacağıq. Rusiya ilə onun meydanında oynadığımızı nəzərə alsaq, qolsuz heç-heçəni qələbəyə bərabər hesab etmək olar. Amma oyun ərzində qol vurmaq üçün imkanlarımız oldu. Təəssüf ki, realizə edə bilmədik. Xüsusilə də ikinci hissədə rəqibimizdən üstün oynadıq. Komandama nümayiş etdirdiyi oyuna görə təşəkkür edirəm. Onlar bu gün meydanda xarakter göstərdilər. Fürsətdən istifadə edib sabah AÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçirəcək milli komandamıza uğurlar arzulayırıq”.

Qeyd edək ki, yığmamız növbəti oyununu martın 23-də İrlandiya komandasına qarşı keçirəcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR