Futbol üzrə milli komandaların iştirakı ilə beynəlxalq yoxlama oyunları keçirilib. ONA-nın məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Uels yığması da yoldaşlıq görüşünə çıxıb.
Seçmə mərhələnin martın 21-də keçiriləcək ilk oyun günündə istirahət edəcək böyük britaniyalılar Trinidad və Tobaqo ilə qarşılaşıb. Matçın taleyini bir qol həll edib. Uzatma dəqiqələrində vurulan qol yığmamızın rəqibinə qələbə qazandırıb.
Almaniya millisi isə öz meydanında Serbiya ilə görüşüb. İki Avropa təmsilçisinin duelində qapılara 2 qol vurulub.
Öncə balkanlılar hesabı açıblar. “Ayntraxt”ın futbolçusu Luka Yoviç fərqlənib. Yoahim Lövün yetirmələri 69-cu dəqiqədə məğlubiyyətdən qaçıblar. Bundestimin bərabərlik qolunu Leon Qoretska vurub.
Beynəlxalq yoxlama oyunları
20 mart
Almaniya – Serbiya – 1:1
Qoretska, 69 – Yoviç, 12
Uels – Trinidad və Tobaqo – 1:0
Vudbern, 90+3