• İDMAN

    14:59 27 mart 2019

Mingəçevirdə Beynəlxalq Prezident Kuboku Reqatası start götürüb

Bu gün Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində akademik, kanoe və kayaq qayıqlarında avarçəkmə üzrə Beynəlxalq Prezident Kuboku Reqatasına start verilib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, ənənəvi yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya və Gürcüstan komandaları iştirak edirlər. 170 nəfərin qatıldığı turnirdə əsas yığmalar, həmçinin 18 və 23 yaşadək avarçəkənlər mübarizə aparırlar.

Akademik avarçəkmə yarışlarında yalnız kişi idmançılar, kayak və kanoye yarışlarında isə həm kişi, həm də qadınlar qüvvələrini sınayırlar.

Qeyd edək ki, 3 gün keçiriləcək Beynəlxalq Prezident Kubokunda akademik avarçəkənlər 1, 2 və 4 nəfərlik qayıqlarda 1000, 1500 və 2000 m məsafələri qət edəcəklər. Kanoye və kayakda isə yarış iştirakçıları 1 və 2 nəfərlik qayıqlarda müvafiq olaraq 200, 500 və 1000 m məsafələr üzrə mübarizə aparacaq.

Ehtiram Muradov

Tahir

Teqlər:

SON XƏBƏRLƏR