• İDMAN

    22:15 29 iyun 2019

Minsk-2019: Asiman Qurbanlı qızıl qazanıb, Irina Zaretska ikinci olub

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karateçilərin yarışı davam edir.

ONA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, +84 kq çəki dərəcəsində final qarşılaması keçirilib.

Azərbaycan təmsilçisi Asiman Qurbanlı qızıl medal uğrunda görüşdə xorvatiyalı Anjelo Kveşiçlə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn karateçimiz Avropa Oyunlarının çempionu olub.

Bu, karate yığmamızın 3-cü mükafatı olub. İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal qazanıb. A.Qurbanlının mükafatı Azərbaycan millisinin Minsk-2019-da 24-cü medalı olub. Bunlardan beşi qızıl, yeddisi gümüş, on ikisi bürüncdür.

ONA

Teqlər:

SON XƏBƏRLƏR