• İDMAN

    05:18 22 iyun 2019

Minsk-2019: Azərbaycan samboçularının rəqibləri müəyyənləşib

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışlarının püşkü atılıb.

ONA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün start götürəcək samboçuların mübarizəsi iki gün davam edəcək.

18 dəst medal uğrunda mübarizə aparan idmançılar yarışa 1/4 finaldan başlayacaqlar. Azərbaycan Minsk-2019-da 6 kişi və 1 qadın samboçu ilə təmsil olunacaq.

Təmsilçilərimizdən dördü yarışın ilk günü, üçü ertəsi gün xalça üzərinə çıxacaq.

Sambo
1/4 final
22 iyun
Kişilər
57 kq

Mehman Xəlilov – Vladislav Buroz (Belarus)
68 kq
Emil Həsənov – Laslo Jolt-Soke (Rumıniya)
82 kq
Ceyhun Hüseynov – Besarionu Berulava (Gürcüstan)
Qadınlar
72 kq

Gözəl Zutova – Kamil Laros (Fransa)

23 iyun
Kişilər
52 kq

Ağasif Səmədov – Gintaras Katkus (Litva)
62 kq
Cavidan Qarayev – Savvas Karakizidis (Yunanıstan)
74 kq
Abdulla Abdullayev – Dino-Dominik Sumpor (Xorvatiya)

ONA

Teqlər:

SON XƏBƏRLƏR