Azərbaycan boksçusu Kamran Şahsuvarlının II Avropa Oyunlarındakı ilk rəqibi müəyyənləşib.
APA-nın Minskə ezam olunan əməkdaşının verdiyi məlumata görə, 75 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçısının 1/16 finalda üz-üzə gələcəyi boksçu bu gün keçirilən 1/32 finalda bəlli olub.
Belarusun paytaxtı Minskdəki “Uruçye Arena”da keçirilən döyüşdə gürcüstanlı Georgi Xarabadze ilə serbiyalı Miloslav Saviç qarşılaşıb. 5:0 hesablı qələbə qazanan Gürcüstan boksçusu K.Şahsuvarlıya rəqib olub.
Qeyd edək ki, boksçumuzun 1/16 final döyüşü sabah - iyunun 22-də keçiriləcək.