Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının dördüncü günündə 8 idman növü üzrə yarışlar keçiriləcək.
ONA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu növlərdən dördündə mükafatçılar bəlli olacaq.
Basketbol, cüdo, gimnastikanın aerobika və batut, atıcılığın stend və güllə atıcılığı növlərində çempion və mükafatçılar bilinəcək. Kamandan oxatma, boks və stolüstü tennisdə mübarizə davam etdiriləcəksə, badmintonçular üçün Avropa Oyunları başlayacaq.
Azərbaycan idmançıları badminton və boksda qüvvələrini sınayacaqlar. Təmsilçilərimiz cüdo və gimnastikanın batut növündə medallar üçün mübarizə aparacaqlar.
24 iyun
Badminton
Kişilər, qrup mərhələsi
G qrupu, I tur
16:00. Azmi Qovumuramadhoni - Kollinz Valentin Filimon (Rumıniya)
Boks
Kişilər
15:00. 56 kq, 1/8 final
Tayfur Əliyev - Nikola Butsenko (Ukrayna)
19:30. 52 kq, 1/8 final
Məsud Yusifzadə - Dmitri Zamotayev (Ukrayna)
20:30. 69 kq, 1/8 final
Lorenso Sotomayor - Adem Fetahoviç (Bosniya və Herseqovina)
Qadınlar
17:30. 69 kq, 1/8 final
Məryəm Cəbrayılova – Vivyen Budai (Macarıstan)
Cüdo
Kişilər
11:30. 90 kq
Məmmədəli Mehdiyev – Petar Zilka (Slovakiya)/Yahor Varapayev (Belarus) cütünün qalibi
11:30. 100 kq
Elmar Qasımov – Anton Savitki (Ukrayna)
11:30. 100 kq
Zelim Kotsoyev – Boyan Dosen (Serbiya)
11:30. +100 kq
Uşanqi Kokauri – Vinçentso Darko (İtaliya)-Vito Draqiç (Sloveniya) cütünün qalibi
Qadınlar
11:30. +78 kq
İrina Kindzerska – Jasmin Kuelbs (Almaniya)/Sebile Akbulut (Türkiyə) cütünün qalibi
Batut gimnastikası
19:50. Kişilər, sinxron hərəkətlər
Ruslan Ağamirov-İlya Qrişunin