Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sərbəst güləş yarışları başa çatıb.
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, üç gün mübarizə aparan idmançılar 6 dəst medalın sahibini müəyyənləşdiriblər.
Yalnız iki ölkə təmsilçiləri çempionluq sevinci yaşayıb. Zəngin sərbəst güləş ənənələrinə malik olan və əksər yarışların qalibi olan Rusiya bu dəfə də hamını qabaqlayıb. Bütün idmançıları medal qazanan şimallılar 4 çəki dərəcəsində çempionluq yaşayıb.
Rusiyadan başqa, yalnız Azərbaycan güləşçiləri iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ümumilikdə 5 mükafat əldə edən təmsilçilərimiz bu idman növündə ikinci olublar.
Yığmamızın heyətində Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl, Nurməhəmməd Hacıyev (97 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib. Yalnız Aleksandr Qostiyev (86 kq) yarışı mükafatsız bitirib.
Gürcüstan millisi Belarusda 4 mükafat qazanaraq, 3-cü olub. Qonşularımız 2 gümüş və 2 bürünc əldə ediblər.
Ümumilikdə isə 24 medalı 9 ölkədən olan idmançılar qazanıb.
Qeyd edək ki, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında sərbəst güləşdə 8 dəst medal sahibini tapmışdı. İlk “üçlük” indiki kimi olmuşdu. Rusiya 5 qızılla 1-ci, Azərbaycan 2 qızılla 2-ci, Gürcüstan 1 qızılla 3-cü yeri tutmuşdu.
Müqayisə üçün vurğulayaq ki, millimiz həmin vaxt 2 qızıl və 4 bürünc qazanmışdı.
yer |
ölkə |
qızıl |
gümüş |
bürünc |
cəmi |
1 |
Rusiya |
4 |
0 |
2 |
6 |
2 |
Azərbaycan |
2 |
1 |
2 |
5 |
3 |
Gürcüstan |
0 |
2 |
2 |
4 |
4 |
Türkiyə |
0 |
1 |
1 |
2 |
5 |
Belarus |
0 |
1 |
1 |
2 |
6 |
Serbiya |
0 |
1 |
0 |
1 |
7 |
Ukrayna |
0 |
0 |
2 |
2 |
8 |
Almaniya |
0 |
0 |
1 |
1 |
8 |
San-Marino |
0 |
0 |
1 |
1 |