• İDMAN

    19:35 7 may 2019

MMA, Pankration və Qrapplinq Federasiyasına yeni vitse-prezidentlər təyin olunub

Azərbaycan MMA, Pankration və Qrapplinq Federasiyasının ümumrespublika toplantısı keçirilib.

ONA-nın xəbərinə görə, tədbirdə federasiyanın İcraiyyə Komitəsinin üzvləri, Gənclər və İdman Nazirliyinin, Bakı şəhər Gənclər və İdman İdarəsinin nümayəndələri, eləcə də

50-yə yaxın idman klubu, Bakı və bölgə komandalarının təmsilçiləri iştirak edib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Azərbaycan MMA, Pankration və Qrapplinq

Federasiyasının prezidenti Azad Əsgərov 2019-cu ilin birinci rübünün yekunları ilə bağlı məruzəsində keçirilən yarışlar və nəticələr haqda danışıb. Toplantıda ilin sonunadək üç idman növündə keçiriləcək yarış və birinciliklərin təşkili, yığma komandanın beynəlxalq yarışlara hazırlıq prosesi, təlim-məşq toplanışların qrafiki və federasiyanın məşqçi heyətinin tərkibi haqda fikir mübadiləsi aparılıb.

Toplantının əsas mövzusu 8-9 noyabr tarixdə Bakıda keçiriləcək qrapplinq üzrə dünya çempionatının təşkilat komitəsinin yaradılması və milli yığma heyətinin bu mötəbər yarışa hazırlıq prosesinin təşkili məsələləri olub. 12-13, 14-15, 16-17, 18-19 yaşlı və veteran idmançıların dünya birinciliyinin seçmə mərhələsi cari ilin 8-9 iyun tarixində keçiriləcək.

Bundan başqa, komandamız iyun ayının sonunda MMA idman növündə, sentyabr-oktyabr aylarında isə pankration növündə dünya çempionatlarında iştirak edəcək.

Toplantıda Azərbaycan birinciliyinin əhəmiyyəti xüsusi qeyd olunub, hakim korpusu və məşqçi heyətinə bu barədə tövsiyə və tapşırıqlar verilib.

Gündəlikdə olan digər məsələ federasiyanın qrapplinq idman növündə vitse-prezidentlər

tərkibinin müəyyənləşməsi olub. Namizədlikləri irəli sürülən Hüseynəli Abbaslı federasiyanın qrapplinq idman növü üzrə I vitse-prezidenti, Kamil Qocayev isə II vitse-prezident vəzifələrinə təyin ediliblər.

Tədbirdə respublikanın bölgələrində MMA, pankration və qrapplinq idman növlərinin inkişafı istiqamətində tədbirlər planı müzakirə olunub, görüş və turnirlərin təqvimi təsdiqlənib. Toplantının sonunda fərqlənən məşqçilər və idmançılar sertifikatlarla təltif ediliblər.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR