• İDMAN

    17:43 21 aprel 2019

Moskvada UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununun səfirlərinin azarkeşlərlə görüşü olub - FOTOSESSİYA

Moskvada UEFA Avropa Liqasının final oyunun səfirlərinin azarkeşlərlə görüşü keçirilib. ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Aviapark" Ticarət və Əyləncə Mərkəzində keçirilən görüş UEFA Avropa Liqasının Kubokunun təqdimatı mərasimi çərçivəsində baş tutub.

Görüşdə mayın 29-da Bakıda keçiriləcək final oyunun səfiri, Rusiyanın tanınmış Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov və əfsanəvi azərbaycanlı veteran futbolçu Vəli Qasımov rusiyalı futbol azarkeşlərinin suallarını cavablandırıblar.

Azarkeşlərlə fotolar çəkdirib imzalar atan ulduz futbolçular idman karyeraları məlumat verərək Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda hansı komandaların qarşılaşacağı haqqında proqnozlarını açıqlayıblar.

Görüş çərçivəsində Azərbaycan paytaxtında keçiriləcək final oyuna üç nəfərlik bilet oynanılıb və qaliblər müəyyən olunub.

Qeyd edək ki, UEFA Avropa Liqasının final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR