• İDMAN

    18:01 13 mart 2019

Moskvadakı sərgidə UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı stend quraşdırılıb

Martın 12-dən etibarən Rusiyanın paytaxtı Moskvada “MITT 2019” – “Moskva Beynəlxalq Turizm Sərgisi” fəaliyyətə başlayıb. ONA-nın məlumatına görə, Azərbaycanın turizm potensialı və yeni turizm məhsullarının təqdim olunduğu sərgidə bu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqası finalı ilə də bağlı xüsusi stend quraşdırılıb.

Stenddə UEFA Avropa Liqası Finalı Bakı-2019-la bağlı digər məlumatlarla yanaşı, UEFA Avropa Liqası turnirinin rəsmi kuboku da nümayiş etdirilir.

UEFA Avropa Liqasının kuboku bu mövsüm ilk dəfə martın 3-də Bakıda UEFA Avropa Liqası Finalı Bakı-2019-a həsr olunan şou xarakterli oyunda ictimaiyyətə nümayiş edilib. Məşhur futbol ulduzlarının iştirakı ilə keçirilən həmin oyundan əvvəl portuqaliyalı futbol ulduzu Deku kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib. UEFA Avropa Liqasının kuboku Bakıdan sonra İsveçrənin Cenevrə şəhərində keçirilən tədbirdə sərgilənib. Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa qədər UEFA Avropa Liqasının kuboku Avropanın müxtəlif şəhərlərində təşkil ediləcək tədbirlərdə nümayiş olunacaq və final qarşılaşması ərəfəsində yenidən Bakıya gətiriləcək.

Qeyd edək ki, hazırda kubokun sərgiləndiyi “MITT 2019” – “Moskva Beynəlxalq Turizm Sərgisi” martın 14-dək fəaliyyət göstərəcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR