• İDMAN

    15:54 6 may 2019

Mövsümdə üç het-trikdən ikisini Mahir Mədətov edib

Topaz Premyer Liqasının 2018/19 mövsümündə üçüncü het-trik qeydə alınıb.

ONA-nın məlumatına görə, bu, XXVII turun “Qarabağ” – “Səbail” görüşünə təsadüf edib.

Komandasının 4:0 hesablı qələbəsi ilə başa çatan oyunda üç qol vuran Mahir Mədətov mövsümdə ikinci dəfə het-trik müəllifi olub. O, XIII turun “Keşlə”ylə ev matçında da (5:1) üç dəfə fərqlənmişdi. Mövsümün digər het-triki də “Qarabağ” futbolçularının hesabındadır. XIV turun “Zirə”ylə oyununda (6:0) Dani Kintana üç qol vurub.

Mahirin vurduğu ilk top onun üçün yubileylə də əlamətdar olub. Hücumçu Premyer Liqada 30-cu dəfə fərqlənib. Ümumilikdə 32 qol sevinci yaşayan Mədətov 102-ci matçında bu rəqəmə çatıb. O, bütün qollarını “Qarabağ”da vurub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR