• İDMAN

    13:06 15 may 2022

Nazir: “Planlarımız çoxdur, maliyyə lazımdır”

“Həm idman sahəsində, həm də gənclər sahəsində planlarımız çoxdur”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

Onun sözlərinə görə, müxtəlif layihələr həyata keçirmək niyyətindədirlər: "Bunun üçün bir qədər vaxt lazımdır. Təhlillərdən sonra layihələri icra etməyə başlayacağıq. Bunun üçün maliyyə də lazımdır. Hər şey tək bizdən asılı deyil. Həm idman, həm gənclər sahəsi daima yenilənir, gecikməməliyik".

ONA

Teqlər:

SON XƏBƏRLƏR