• İDMAN

    20:03 6 aprel 2019

“Neftçi” avrokuboklara vəsiqəni təmin edib, “Sumqayıt” ilin ilk qələbəsini qazanıb - VİDEO

Bu gün Topaz Premyer Liqasında XXIII tura start verilib.

ONA-nın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçı Sumqayıtda keçirilib. Autsayderlərin duelində “Sumqayıt” “Keşlə”ni qəbul edib. 9 turdur qələbə qazana bilməyən meydan sahibləri erkən qolla hesabı açıblar. Paytaxt təmsilçisi ilk hissənin sonlarında bərabərlik qolunu vurmağa nail olub.

Lakin fasilədən sonra daha bir dəfə fərqlənən Ayxan Abbasovun yetirmələri 2019-cu ildə ilk qələbəsini qazanıblar. Bu üç xal “Sumqayıt”ın sonuncu pillədən qurtulması üçün yetərli olub. Ardıcıl üçüncü məğlubiyyətini alan “Keşlə” isə turnir cədvəlinin son sırasına yuvarlanıb.

Günə “Bakcell Arena”da keçirilən paytaxt derbisi ilə yekun vurulub. Çempionatın lideri “Neftçi” özü üçün münasib rəqib olmayan “Zirə”ni qəbul edib. İndiyədək rəqibini evdə məğlub etməyən “ağ-qaralar” bu dəfə sindromu qırıblar.

Məhsuldar keçən görüşdə azarkeşlər 6 qol izləyiblər. 4:2 hesabı ilə qalib gələn Roberto Bordinin yetirmələri hesablarına daha üç xal yazıblar. Bu qələbə “Neftçi”nin mükafatçılar sırasında yerini təmin edib. İlk “üçlük”də olacağı rəsmiləşən ikinci komanda olan “Neftçi” “Qarabağ”ın ardından avrokuboklara vəsiqə də əldə edib.

Görüş “Neftçi”nin kapitanı Ruslan Abışovun uzun müddətdən sonra rəsmi matça çıxması ilə də əlamətdar olub. 2018-ci ilin yayında UEFA Avropa Liqasında Macarıstanın “Uypeşt” klubu ilə qarşılaşması zamanı zədələnən müdafiəçi təxminən 9 aydan sonra meydana çıxıb.

Qeyd edək ki, tura sabah keçiriləcək “Sabah” – “Səbail” və “Qəbələ” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Topaz Premyer Liqası
XXIII tur
6 aprel (şənbə)

“Sumqayıt” – “Keşlə”- 2:1
Qollar: Peyman Babayi, 4; Cavid Tağıyev, 85 // Samir Məsimov, 41
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Kapital Bank Arena”, 16:00

“Neftçi” – “Zirə” – 4:2
Qollar: Baqali Dabo, 40, 88, Anton Krivotsyuk, 44, Namiq Ələsgərov, 61 – Mfo Kqasvane, 59, 80 (pen.)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
“Bakcell Arena”, 18:00

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçi

23

15

6

2

41-17

51

2

Qarabağ

22

14

6

2

47-18

48

3

Səbail

22

10

4

8

26-22

34

4

Qəbələ

22

7

9

6

24-23

30

5

Sabah

22

6

5

11

16-30

23

6

Zirə

23

5

7

11

21-34

22

7

Sumqayıt

23

5

5

13

18-36

20

8

Keşlə

23

5

4

14

22-35

19

Bombardir: Baqali Dabo ("Neftçi") – 11 qol

Tahir

Teqlər:

SON XƏBƏRLƏR