“Neftçi” əzmkar qələbə qazanıb, “Qəbələ” “Səbail”lə xal fərqini azaldıb - [color=red]VİDEO[/color]
  • İDMAN

  • 19:13 10 Mart 2019

“Neftçi” əzmkar qələbə qazanıb, “Qəbələ” “Səbail”lə xal fərqini azaldıb - VİDEO

Topaz Premyer Liqasında XX tura yekun vurulub. ONA-nın məlumatına görə, bu gün çempionat çərçivəsində iki oyun keçirilib.
Qəbələdə şəhərin eyniadlı komandası “Səbail”i qəbul edib. Turnir cədvəlində qonşu olan komandaların görüşündə üç qol vurulub. 
3-cü yer uğrunda mübarizə aparan rəqiblərin duelində meydan sahibləri qələbə qazanıblar – 2:1. Ceyms Adeniyinin dubla imza atdığı qarşılaşmanı azlıqda başa vuran “Qəbələ” paytaxt təmsilçisi ilə xal fərqini üçə endirib. Nigeriyalı futbolçu isə qol hesabını 8-ə çatdırmaqla bombardirlər yarışında 2-ci yerə yüksəlib.
Turun son oyunu Sumqayıtda baş tutub. Çempionatın autsayderi olan eyniadlı komanda “Neftçi”ni sınağa çəkib. Meydan sahibləri matçın ilk yarısında hesabı açıb.
Bir günlük fasilədən sonra liderliyi geri qaytarmaq üçün bir xala ehtiyacı olan “Neftçi” 76-cı dəqiqədə hesabda tarazlıq yaradıb. “Qarabağ”la qarşılaşmadakı kimi yenə “ağ-qaralar” Mamadu Mbodjun qolu ilə status-kvonu bərpa edib. Bu epizod qonaqların müdafiəçisi Kiril Petrovla meydan sahiblərinin qapıçısı Mehdi Cənnətov arasında gərginliklə diqqət çəkib. 
Baş hakim Rəşad Əhmədov ukraynalı legionerə sarı, qolkiperə qırmızı vərəqə göstərib. Gərgin keçən görüşün sonluğunda referi “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovu da texniki zonadan kənarlaşdırıb. Final fitinə üç dəqiqə qalmış Ömər Buludovun vurduğu qol ölkənin ən titullu klubuna qələbə qazandırıb. Bu, “Neftçi”nin “Qarabağ”ı 2 xal arxada qoyması üçün kifayət edib.
Qeyd edək ki, turun ilk günündə “Qarabağ” “Zirə” ilə qolsuz heç-heçəyə imza atıb, “Keşlə” isə “Sabah”ı böyükhesablı məğlubiyyətə uğradıb – 3:0.

Topaz Premyer Liqası
XX tur
10 mart (bazar)
“Qəbələ” – “Səbail” – 2:1
Qollar: Ceyms Adeniyi, 49, 55 - Elvin Yunuszadə, 84
Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 73

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Rövşən Rəcəbov 
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 14:00
“Sumqayıt” – “Neftçi” – 1:2
Qollar: Peyman Babayi, 26 – Mamadu Mbodj, 76, Ömər Buludov, 87

Qırmızı vərəqə: Mehdi Cənnətov, 77

Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Əhmədağa Cabbarov 
AFFA nümayəndəsi: Ələddin Ələkbərov 
“Kapital Bank Arena”, 16:30

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçi

20

13

5

2

35-14

44

2

Qarabağ

20

12

6

2

39-17

42

3

Səbail

20

9

4

7

23-19

31

4

Qəbələ

20

7

7

6

23-22

28

5

Sabah

20

6

3

11

15-29

21

6

Keşlə

20

5

4

11

21-30

19

7

Zirə

20

4

7

9

16-28

19

8

Sumqayıt

20

4

4

12

15-28

16

Bombardirlər: Baqali Dabo ("Neftçi") – 9, Ceyms Adeniyi (“Qəbələ” ) – 8.

Tahir Hümmətov

Teqlər: Neftçi Qəbələ

OXŞAR XƏBƏRLƏR