“Neftçi” “Səbail”in qonağı olacaq, “Qarabağ” “Sabah”ı qəbul edəcək
  • İDMAN

  • 15:55 12 Aprel 2019

“Neftçi” “Səbail”in qonağı olacaq, “Qarabağ” “Sabah”ı qəbul edəcək

Sabah Topaz Premyer Liqasında XXIV tura start veriləcək. 

ONA-nın məlumatına görə, iki gün davam edəcək turun bütün oyunları Bakıda keçiriləcək.

İlk oyun gününə Zirədə start veriləcək. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komandaların duelində “Sumqayıt” “Zirə”nin qonağı olacaq.

Günün digər qarşılaşmasında meydana son 5 mövsümün çempionu “Qarabağ” çıxacaq. Ağdam klubu yarışın debütantı “Sabah”la üz-üzə gələcək.

Turun ikinci günü “ASK Arena”dakı görüşlə başlayacaq. Son pillədə qərarlaşan “Keşlə” avrokuboklar iddiasında olan “Qəbələ”ni qəbul edəcək.

Mərkəzi oyunla yekun vurulacaq turun son matçında liderlər qrupunda yer alan iki komanda görüşəcək. Çempionatın lideri “Neftçi” bürünc medal arzusunda olan “Səbail”in qonağı olacaq.

Qeyd edək ki, növbəti turun oyunları aprelin 18-19-da baş tutacaq.

Topaz Premyer Liqası
XXIV tur
13 aprel (şənbə)

“Zirə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Zirə İdman Kompleksinin stadionu, 16:00

“Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30

14 aprel (bazar)

“Keşlə” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASK Arena”, 15:00

“Səbail” – “Neftçi”
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Kamal Umudlu
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nihad Məmmədov
“Bayıl Arena”, 18:00

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçi

23

15

6

2

41-17

51

2

Qarabağ

23

15

6

2

49-19

51

3

Səbail

23

10

4

9

27-25

34

4

Qəbələ

23

7

9

7

25-25

30

5

Sabah

23

7

5

11

19-31

26

6

Zirə

23

5

7

11

21-34

22

7

Sumqayıt

23

5

5

13

18-36

20

8

Keşlə

23

5

4

14

22-35

19

Bombardir: Baqali Dabo ("Neftçi") – 11 qol.

Vüqar Xeyrullayev

Teqlər: Topaz Premyer Liqası "Qarabağ" "Neftçi"

OXŞAR XƏBƏRLƏR