Bu gün Topaz Premyer Liqasında XX tura start veriləcək. ONA-nın məlumatına görə, iki gün ərzində 4 matç baş tutacaq.
İlk oyun günü “Keşlə” və “Sabah” arasında oyunla başlayacaq. Turnir cədvəlinin ikinci yarısında qərarlaşan Bakı klubları xal ehtiyatlarını artırmağa çalışacaq.
Ardınca fərqli vəzifələr uğrunda mübarizə aparan iki komanda üz-üzə gələcək. Çempionluq iddiasında olan “Qarabağ” Topaz Premyer Liqasnda qalmaq üçün çalışan “Zirə”ni sınağa çəkəcək.
İkinci oyun günü ilk “üçlüy”ə düşməyə çalışan “Səbail”lə “Qəbələ”nin dueli ilə start götürəcək. Əyalət klubu mükafatçılar sırasında yer almaq şanslarını minimuma endirməmək üçün turnir cədvəlindəki qonşusuna qalib gəlməlidir. Bakılılar isə rəqibini yensə, ən yaxın izləyicisi ilə xal fərqini 9-a çatdıracaq.
Tura liderlə autsayderin matçı ilə yekun vurulacaq. “Neftçi” səfərdə “Sumqayıt”la görüşəcək. Bakılılar kubokdakı məğlubiyyət və ikinci dövrədəki xal itkisinin əvəzini çıxmaqla zirvədəki mövqeyini qorumalıdır. Meydan sahibləri isə son sıradan qurtulmaq üçün xal əldə etməlidir.
Qeyd edək ki, növbəti – XXI turun oyunları martın 15-də baş tutacaq.
Topaz Premyer Liqası
XX tur
9 mart (şənbə)
“Keşlə” – “Sabah”
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Namiq Bəkirov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena”, 16:00
“Qarabağ” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Tofiq Bəhramov adına Respublika stadionu, 18:30
10 mart (bazar)
“Qəbələ” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 14:00
“Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
“Kapital Bank Arena”, 16:30
|
Bombardir: Baqali Dabo ("Neftçi") - 9 qol