• İDMAN

    18:04 24 fevral 2019

"Neftçi” Topaz Premyer Liqasında mövsümün ilk ev məğlubiyyətini alıb

Topaz Premyer Liqasında XVIII turun ikinci oyun günü start götürüb. ONA-nın məlumatına görə, “Bakcell Arena”da “Neftçi” və “Səbail” klubları qarşılaşıb.

İlk “üçlük”də qərarlaşan paytaxt təmsilçilərinin görüşündə 3 qol vurulub. Hesabı 35-ci dəqiqədə “Səbail”in legioneri Kevin Kubemba açıb. Qonaqlar fasiləyədək daha bir dəfə fərqləniblər. Yevgeni Koçuk fərqi iki topa çatdırıb.

Fasilədən sonra “ağ-qaralar” fərqi minimuma endirib. Mövsümdə 8-ci qolunu vurmaqla bombardirlər yarışında vahid liderliyə yüksələn Baqali Dabo “Səbail”in qapısına yol tapıb - 1:2.

Bu, “Neftçi”nin Premyer Liqada mövsümdə aldığı ikinci, öz meydanında ilk məğlubiyyəti olub. Sonuncu dəfə 2018-ci il oktyabrın 20-də səfərdə “Qəbələ”yə 1:3 hesabı ilə uduzan Roberto Bordinin yetirmələri 127 gündən sonra xalsız qalıb.

Qeyd edək ki, tura saat 18:30-da başlayacaq “Sumqayıt” – “Zirə” matçları ilə yekun vurulacaq.

Topaz Premyer Liqası

XVIII tur
24 fevral (bazar)

“Neftçi” – “Səbail” – 1:2

Qollar: Baqali Dabo, 56 - Kevin Kubemba, 35, Yevgeni Koçuk, 43

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Namiq Bəkirov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: İlham Əliyev

"Bakcell Arena”, 16:00

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçi

18

11

5

2

30-13

38

2

Qarabağ

18

11

5

2

38-17

38

3

Səbail

18

9

3

6

22-17

30

4

Qəbələ

18

6

6

6

20-20

24

5

Sabah

18

6

3

9

15-23

21

6

Keşlə

18

4

4

10

18-29

16

7

Sumqayıt

17

4

3

10

14-25

15

8

Zirə

17

3

5

9

14-27

14

Bombardirlər: Baqali Dabo ("Neftçi") - 8, Mahir Mədətov ("Qarabağ"), Marko Deviç ("Sabah") -7 qol.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR