“Neftçi” uduzub, “Qarabağ” ardıcıl 6-cı çempionluğa yaxınlaşıb - [color=red]VİDEO[/color]
  • İDMAN

  • 20:51 27 Aprel 2019

“Neftçi” uduzub, “Qarabağ” ardıcıl 6-cı çempionluğa yaxınlaşıb - VİDEO

Bu gün Topaz Premyer Liqasında XXVI turun oyunları keçirilib.

ONA-nın məlumatına görə, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

Çempionatın lideri “Qarabağ” səfərdə “Zirə”nin qonağı olub. Son illərin dəyişməz çempionu rəqibini üç cavabsız qolla darmadağın edib.

“Qarabağ”la çempionluq mübarizəsi aparan “Neftçi” öz meydanında “Sumqayıt”la görüşüb. “Ağ-qaralar” erkən qol vurduqları qarşılaşmada məğlubiyyətə üzülüblər.

Bu nəticələrdən sonra “Qarabağ”la “Neftçi” arasında xal fərqi 5-ə yüksəlib. Qurban Qurbanovun yetirmələrinə ardıcıl 6-cı dəfə çempion olmaq üçün növbəti turda qələbə qazanmaq kifayətdir. Ağdamlılar heç-heçə, hətta məğlubiyyətlə də XXVII turda qızıl medallara yiyələnə bilər. Bunun üçün “Neftçi”nin növbəti turdakı xal itkisi yetərli olacaq.

Bürünc mükafat uğrunda mübarizə aparan iki komanda “Səbail” və “Qəbələ” paytaxt təmsilçisinin meydanında üz-üzə gəliblər. Bütün qolların ilk yarıda vurulduğu matçda bakılılar qələbə qazanıblar və rəqibi ilə xal fərqini 5-ə çatdırıblar.

Premyer Liqada qalmaq üçün vuruşan “Keşlə” “Sabah”ın qonağı olub. Meydan sahibləri Marko Deviçin penalti zərbəsi ilə hesabı açsalar da, Tərlan Əhmədovun yetirmələri son saniyələrdəki qolla məğlubiyyətdən qaçıblar.

Qeyd edək ki, növbəti turun oyunları mayın 5-də baş tutacaq.

Topaz Premyer Liqası
XXVI tur
27 aprel (şənbə)

“Sabah” – “Keşlə” – 1:1
Qollar: Marko Deviç, 59 (p.) - Conatan Ayite, 90+4
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Elçin Məsiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Əlincə Arena”, 17:00

“Zirə” – “Qarabağ” – 0:3
Qollar: Dani Kintana, 21; Filip Ozobiç, 28; Mahir Mədətov, 79
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu, 16:30 (“CBC Sport”/canlı)

“Səbail” – “Qəbələ” – 1:2
Qollar: Fəhmin Muradbəyli, 20; Ağabala Ramazanov, 25 - Bəhlul Mustafazadə, 41
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev 
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 17:30 (pfl.az/canlı)

“Neftçi” – “Sumqayıt” – 2:3
Qollar: Ruslan Abışov, 8, Baqali Dabo, 72 - Əmir Ağayev, 31, Ülvi İsgəndərov, 42, Murad Xaçayev, 78
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bakcell Arena”, 19:00 (“CBC Sport”/canlı)

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

26

18

6

2

58-19

60

2

Neftçi

26

16

7

3

47-22

55

3

Səbail

26

12

5

9

33-29

41

4

Qəbələ

26

9

9

8

30-29

36

5

Sabah

26

7

6

13

20-37

27

6

Zirə

26

6

7

13

24-39

25

7

Sumqayıt

26

6

5

15

22-42

23

8

Keşlə

26

5

5

16

24-41

20

Bombardir: Baqali Dabo ("Neftçi") – 12.

Vüqar Xeyrullayev

Teqlər: Topaz Premyer Liqası Neftçi Qarabağ

OXŞAR XƏBƏRLƏR