"Neftçi" 3 futbolçu ilə vidalaşıb.
Klubdan ONA-ya verilən məlumata görə, "ağ-qaralar" Məhəmməd Mirzəbəyov, Qoran Paratski və Petru Raku ilə müqaviləni yeniləməyib.
Klub futbolçulara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, "Neftçi"nin gümüş medal qazandığı sonuncu mövsümdə Mirzəbəyov 13, Paratski 26 (2 qol), Raku isə 2 oyunda meydana çıxıb.