• İDMAN

    18:37 21 may 2019

“Neftçi”nin futbolçusu Qvineya yığmasına çağırılıb

Bakının "Neftçi” klubunun futbolçusu Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasının düşərgəsinə qoşulub.

ONA-nın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi təlim-məşq toplanışında iştirak edəcək.

Afrika təmsilçisinin hazırlıq prosesi iyunun 6-da başa çatacaq.

Qeyd edək ki, M.Kane son mövsümün ikinci yarısından etibarən şərəfini qoruduğu "Neftçi”nin heyətində 9 oyun keçirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR