• İDMAN

    05:46 18 sentyabr 2020

“Neftçi”nin uduzması Azərbaycanın UEFA reytinqində geriləməsi ilə nəticələnib

Avropa Liqasının II təsnifat mərhələsinin oyunları UEFA reytinqində müəyyən dəyişikliklərə səbəb olub.

Apasport.az saytının məlumatına görə, bu, Azərbaycandan da yan ötməyib.

Türkiyə “Qalatasaray”ına 1:3 hesabı ilə uduzan “Neftçi” ölkəmizin aktivinə 0,125 xal gətirib. Bununla da 5 mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalımız 16,250-yə çatıb.

Bir gün öncə 25-ci pillədən sıxışdırdığımız Rumıniya isə mövqeyini qaytarıb. “Botoşani” və “Styaua” üst-üstə 0,375 xal yığıb. Nəticədə bu ölkənin reytinqi 16,325-ə yüksəlib. Bu isə Rumıniyanın yenidən 25-ci sıraya qayıtması, Azərbaycanın isə 26-cı yerə dönməsinə səbəb olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR