Parisin PSJ klubunun braziliyalı hücumçusu Neymar seksual zorakılıqda günahlandırılır.
ONA-nın "Associated-Press" agentliyinə istinadən verdiyi məlumata görə, adı açıqlanmayan qadın San-Paula polisinə şikayət ərizəsi təqdim edib.
Həmin qadın 27 yaşlı futbolçunun mayın 15-də onu Parisdəki otellərdən birində zorladığını bildirib. Onun polis şöbəsinə emosional vəziyyətdə gəldiyi bildirilir.
Neymar "Instagram"da yazıb ki, bu ittiham dələduzluğa cəhddir. Futbolçunun atası isə Neymarın bütün sualların ortadan qalxması üçün həmin qadınla yazışmasını dərc etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Neymar dünyada ən çox qazanan 5 futbolçudan biridir. Onun PSJ-də illik gəliri 91,5 milyon avrodur.