• İDMAN

    17:09 13 mart 2019

Nikola Yurçeviç Azərbaycan millisinin heyətini açıqlayıb

Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. ONA-nın məlumatına görə, yığmamızın baş məşqçisi Nikola Yurçeviç martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin Xorvatiya, 4 gün sonra yoxlama oyununda Litva ilə oyunlarında güvənəcəyi futbolçuları müəyyənləşdirib.

Bu ildən yığmamızı çalışdıran xorvatiyalı mütəxəssisin açıqladığı ilk siyahıda 23 futbolçu yer alıb. Martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq komandaya aşağıdakı oyunçular çağırılıb:

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev ("Qarabağ")
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı "Qarabağ"), Ömər Buludov, Anton Krivotsyuk (hər ikisi "Neftçi"), Təmkin Xəlilzadə ("Sabah"), Şəhriyar Rəhimov ("Səbail")
Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Mahir Mədətov, Araz Abdullayev (hamısı "Qarabağ"), Eddi İsrafilov ("Alkorkon", İspaniya), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi "Neftçi"), Əli Babayev, Aleksey İsayev (hər ikisi "Sumqayıt"), Dmitri Nazarov ("Aue", Almaniya)
Hücumçular: Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rüfət Dadaşov ("Proysen", Almaniya), Mirabdulla Abbasov ("Neftçi")

Qeyd edək ki, N.Yurçeviçin yetirmələri martın 19-dək Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq. Həmin gün nahardan sonra Zaqrebə yollanacaq millimiz Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də “Bakcell Arena”da Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlayacaq.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR