Olimpiya çempionu Fərid Mansurov Beynəlxalq Olimpiya Komitəsində xatirə imzası çəkib
  • İDMAN

  • 23:24 19 Sentyabr 2019

Olimpiya çempionu Fərid Mansurov Beynəlxalq Olimpiya Komitəsində xatirə imzası çəkib

Olimpiya çempionu Fərid Mansurov İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin yeni istifadəyə verilmiş inzibati binasında Olimpiya Çempionlarına həsr olunmuş fəxri lövhədə imzasını çəkib.

APA xəbər verir ki, fəxri lövhə hər bir Olimpiya çempionunun Beynəlxalq Olimpiya Komitəsini ziyarət etdiyi zaman öz nəaliyyətlərini əbədiləşdirməyə imkan yaradır.

Olimpiya çempionu, Gənclər və İdman Nazirliyinin İdman idarəsinin rəisi Fərid Mansurov Avropa Milli Olimpiya Komitələrinin Olimpiya Oyunlarına Hazırlığına dair Regional Forumunda iştirak edir. Forum 17-20 sentyabr tarixlərini əhatə edir. Tədbir Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Həmrəyliyi Fondunun birgə təşkilatçılığı əsasında təşkil olunub. Proqrama əsasən, "Tokio 2020" Olimpiya Oyunlarının akkreditasiya, idman qurğuları, nəqliyyat, yaşayış, tibbi xidmət, anti-dopinq və digər sahələrini əhatə edir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR