• İDMAN

    01:35 10 may 2019

Oyunun ən yaxşısını tərifləyən Lakazett Bakıda kubok qazanmaq istəyir

“Buraxılan qola verdiyimiz reaksiya xoşuma gəldi. Bilirdik ki, səfərdə də ən azı bir qol vurmalıyıq”.

ONA-nın məlumatına görə, bunu İngiltərənin “Arsenal” klubunun futbolçusu Aleksandr Lakazett deyib.

Fransalı hücumçu Avropa Liqasının “Valensiya” isə İspaniyadakı cavab oyunu (4:2) barədə fikirlərini açıqlayıb. A.Lakazett üç qol vurmaqla qələbədə pay sahibi olan və matçın ən yaxşı oyunçusu seçilən Pyer-Emerik Obameyanqı tərifləyib.

Hücumçu mayın 29-da Bakıda keçiriləcək final matçına kuboku qazanmaq iddiası ilə çıxacaqlarını bildirib: “Obameyanq sadəcə möhtəşəmdir. O, Çempionlar Liqasına can atır. Biz də bu mükafatı istəyirik. Ötən ay İngiltərə Premyer Liqasında pis oynadıq. İndi bu imkandan yararlanıb mükafatı qazanmalı və Çempionlar Liqasına bu turnirdən çıxmalıyıq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR