• İDMAN

    15:08 28 may 2019

Pavel Hapal: “Bakıda xal itirən komandanın iddialarında problem yaranacaq”

“İordaniya ilə görüşdə geniş heyətə yer verəcəyik. Onları iş başında görmək istəyirik”.

ONA-nın məlumatına görə, bunu Slovakiya millisinin baş məşqçisi Pavel Hapal deyib.

Bu gün yığmanın heyətini açıqlayan mütəxəssis iyunun 7-də İordaniya ilə yoxlama, 11-də Azərbaycanla AVRO-2020-nin seçmə oyunu barədə fikirlərini açıqlayıb: “Aparıcı oyunçuların Bakıdakı görüş öncəsi gücünü qorumasına çalışacağıq. Azərbaycan yığması ilə görüş çox vacib olacaq. Bakıda xal itirən komandanın final mərhələsinə vəsiqə iddialarında problem yaranacaq. Buna görə də bu məqamı başımıza həkk etməliyik. Qarşılaşmanın mövsüm başa çatandan sonra keçirilməsi də çox qeyri-münasib vaxtdır”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR

SON XƏBƏRLƏR