Paytaxtda iki derbi oynanılacaq, çempion autsayderlə qarşılaşacaq
  • İDMAN

  • 16:29 29 Mart 2019

Paytaxtda iki derbi oynanılacaq, çempion autsayderlə qarşılaşacaq

Sabah Topaz Premyer Liqasında IV dövrəyə start veriləcək.

ONA-nın məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra keçiriləcək XXII turun matçları iki gün ərzində baş tutacaq.

Turun ilk günündə iki qarşılaşma baş tutacaq. Hər iki görüşdə Bakı klubları üz-üzə gələcək.

Paytaxt derbilərinin keçiriləcəyi günün ilk qarşılaşması Qana millisinin və “Çelsi”nin sabiq futbolçusu Maykl Essyenin debütü ilə əlamətdar ola bilər. Karyerasını başa vurmuş 37 yaşlı ulduzu yaşıl meydanlara qaytaran “Səbail” səfərdə “Zirə” ilə qarşılaşacaq. Meydan sahibləri turnir cədvəlinin ikinci yarısındakı mövqeyini yaxşılaşdırmaq, qonaqlar isə 3-cü pilləni qorumaq üçün qələbə qazanmalıdır.

Ardınca paytaxtın Premyer Liqadakı iki ən köklü klubu “Keşlə” və “Neftçi” görüşəcək. “Ağ-qaralar” zirvədə möhkəmlənmək üçün turu itkisiz keçməlidir. Meydan sahibi olacaq qəsəbə təmsilçisi isə təhlükəli zonadan uzaqlaşmaq üçün lideri büdrətməlidir.

Tura birgünlük fasilədən sonra aprelin 1-də baş tutacaq matçlarla yekun vurulacaq. Üçüncü yer uğrunda mübarizə aparan “Qəbələ” çempionatın debütantı “Sabah”ı qəbul edəcək. Mövsümə yaxşı başlayıb sonradan mövqelərini əldən verən bakılılar səfərdə xal almaq üçün döyüşəcəklər. “Qırmızı-qaralar” isə doğma azarkeşlərin dəstəyi ilə növbəti qələbəsini qazanmağa köklənib.

Tura son çempionun matçı ilə yekun vurulacaq. “Qarabağ” Sumqayıtda eyniadlı komanda ilə üz-üzə gələcək. Çempion autsayderi itkisiz keçmək əzmindədir. Sumqayıtlılar isə sonuncu pillədən qurtulmaq üçün mütləq qalib gəlməlidirlər.

Qeyd edək ki, növbəti turun matçları aprelin 6-7-də keçiriləcək.

Topaz Premyer Liqası
XXII tur

30 mart (şənbə)
“Zirə” – “Səbail”

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu, 16:00

“Keşlə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
“ASK Arena”, 18:30

1 aprel (bazar ertəsi)
“Qəbələ” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Nail Nağıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu, 14:00

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Kapital Bank Arena”, 18:30

1

Neftçi

21

13

6

2

36-15

45

2

Qarabağ

21

13

6

2

41-18

45

3

Səbail

21

9

4

8

24-21

31

4

Qəbələ

21

7

8

6

24-23

29

5

Sabah

21

6

4

11

16-30

22

6

Zirə

21

5

7

9

18-28

22

7

Keşlə

21

5

4

12

21-32

19

8

Sumqayıt

21

4

5

12

16-29

17

Bombardir: Baqali Dabo ("Neftçi") - 9 qol.

Vüqar Xeyrullayev

Teqlər: Topaz Premyer Liqası

OXŞAR XƏBƏRLƏR