İngiltərənin “Çelsi” klubunun futbolçusu Pedro Rodriges futbol tarixinə düşüb.
ONA-nın məlumatına görə, ispaniyalı futbolçu Çempionlar Liqası (əvvəlki Çempionlar kuboku) və Avropa Liqasının (əvvəlki UEFA kuboku) final oyunu, həmçinin Superkubokda qol vuran ilk oyunçudur.
P.Rodriges bu tarixi nailiyyəti Bakı Olimpiya Stadionunda rəsmiləşdirib. Avropa Liqasının “Arsenal”la final matçında (4:1) qol sevinci yaşayan ispaniyalı digər iki həlledici matçdakı qolları “Barselona”da vurub.
O, 2009-cu ildə Ukrayna “Şaxtyor”u ilə Superkubok, 2010/11 mövsümündə İngiltərə “Mançester Yunayted”i ilə Çempionlar Liqasının finalında fərqlənib.
Qeyd edək ki, P.Rodriges 2015-ci ildə “Barselona”dan “Çelsi”yə keçib.